Sosial

Xəbər aparıcılarının nitqindəki qüsurlar

Xəbər buraxılışlarının və analitik-informasiya verilişlərinin dilində yol verilən norma pozulması halları daha çox fonetik səviyyədə özünü göstərir. Bu da həmin verilişlərdə mətnin əvvəlcədən hazırlanması, redaktor və aparıcı tərəfindən yoxlanılması, improvizasiyadan uzaq olması ilə izah edilə bilər.

Bu barədə məlumat teleradio məkanında ədəbi dil normalarına riayət edilməsi ilə bağlı aparılan monitorinqlərin nəticələri ilə bağlı hesabatda əks olunub. Hesabatda bildirilir ki, qeyri-xəbər verilişlərində baş verən norma pozuntuları xaraktercə daha müxtəlifdir və demək olar ki, bütün dil səviyyələrini əhatə edir.

Redaktə edilmiş mətndə leksik-qrammatik və üslubi nöqsanları təshih etmək mümkün olduğu halda, fonetik qüsurlar – diksiya, artikulyasiya, intonasiya və avazlanma ilə bağlı ortaya çıxan norma pozuntuları bilavasitə nitq prosesində yaranır. Bu, daha çox aparıcının, yaxud müxbirin professional keyfiyyətlərindən asılıdır.

Daha Çox Göstər

Bənzər Məqalələr

Close