SON XƏBƏRLƏR
20 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Londonda tanınmış rusiyalı skripkaçının meyiti tapıldı
MƏDƏNİYYƏT-ŞOU 16:00 / 12.07.2019

Tanınmış rusiyalı skripkaçı Yekaterina Tsukanova Londonda ölü tapılıb.

Londonun Kensinqton bölgəsində yaşayan 17 yaşlı musiqiçinin meyiti evində aşkar edilib.

"DailyMail” isə huşsuz vəziyyətdə olan Yekaterinanın xəstəxanaya yerləşdirildikdən sonra öldüyünü yazıb.

Vəfatından bir neçə saat öncə Y.TsukanovaLondonun Kral Opera Teatrında çıxış edib.

Qeyd edək ki, skripkaçının atası İqortanınmış kolleksiyaçı, mesenat, art-prodüserdir. O, məşhur "Post-pop” beynəlxalq sərgisinin təşkilatçısı idi. Bununla yanaşı, İqorLondon Filarmoniya Orkestrinin sponsorudur.

Gənc skripkaçının rəfiqələrinin verdiyi məlumata görə, onun ölümünə dozadan artıq narkotik istifadə etməsi səbəb olub.

"Katya yanlış seçim edən ağıllı qız idi”, - bu versiyanı nəzərdən keçirən atası bildirib.

Yerli polis hadisə ilə bağlı araşdırma aparır. Lakin indiyədək əldə olunan nəticəbarədə məlumat verilmir.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.