SON XƏBƏRLƏR
18 Iyul 2019
17 Iyul 2019
16 Iyul 2019
Azərbaycan Aİ ilə təhsil sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək niyyətindədi
CƏMİYYƏT 12:18 / 12.07.2019



Azərbaycan Avropa İttifaqı (Aİ) ilə təhsil sahəsində əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlıdır. Bunun üçün müəyyən işlər görülür, danışıqlar aparılır.

Bu sözləri Azərbaycanın Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev jurnalistlərə müsahibəsində söyləyib.

M.Məmməd-Quliyev deyib: "Bu gün Tbilisidə Avropa İttifaqının dəstəyi ilə Avropa Məktəbi fəaliyyət göstərir. Keyfiyyətli təhsil verilən həmin məktəbdə Azərbaycandan olan bir neçə şagird də təhsil alır. Biz Avropa məktəbində təhsil alan azərbaycanlı gənclərin sayının artırılmasını təklif etmişik".

Onun sözlərinə görə, həmin məktəbdə Azərbaycan vətəndaşı olan gənclərlə yanaşı, Gürcüstanda yaşayan azərbaycanlı gənclər də təhsilə cəlb oluna bilərlər”. (AZƏRTAC)


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.