SON XƏBƏRLƏR
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
11 Oktyabr 2019
Hindistanlı şəxs Nüsrət Kəsəmənlinin oğlunun BAŞINA OYUN AÇDI: Qızları aldadır və.
CƏMİYYƏT 05:54 / 11.07.2019

"Əcəb zibiliə düşmüşəm. Reşma adlı hindistanlı bir qız mənə yazıb ki, Moses adında biri şəkillərimdən və videolarımdan istifadə edərək, fərqli ölkələrdən olan qızları aldadır və pul alır. Bu hind qızdan da 800 dollar alıb. Axır ki, məni tapıb və "WhatsApp” yazışmalarını mənə göndərib".

Publika.azxəbər verir ki, bu sözləri şair Nüsrət Kəsəmənlinin oğlu, tanınmış aktyor Rəşad Kəsəmənli sosial şəbəkədə yazıb. O, bildirib ki, özünü Moses adı ilə tanıdan şəxs onun fotolarından istifadə edərək əcnəbi qadınların pullarını mənimsəyir. Onun adından istifadə edərək qadınları aldadan hindistanlı gənci ifşa edən aktyor daha sonra aylıq maaşını çox çətinliklə almasından gileylənib:

"Deyirəm ki, burada aylıq maaşımı güclə alıram, hansısa Moses evində oturub, görüntülərimlə külli miqdarda dollar yığır. Üstəlik, anamın da şəklini göndərib ki, bu da anamdır. Anamı mən zorla elçi göndərmişdim, sən necə göndərəcəkdin? Hələ Lola adlı bir qız da Afrikadan yazıb. Moses ondan da 6 min dollar alıb. Bu gün, sabah İnterpol məni axtarsa, təəccüblənmərəm. Qarabala Mosesdəki fərasətə bax...”.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.