SON XƏBƏRLƏR
18 Iyul 2019
17 Iyul 2019
16 Iyul 2019
Azərbaycana qaçaqmal yolu ilə heroin keçirən İran və Türkiyə vətəndaşları saxlanıldı
CƏMİYYƏT 19:18 / 11.07.2019

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarını keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iki xarici ölkə vətəndaşı saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundanPublika.az-a verilən məlumata görə, onlar Respublika ərazisinə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitə keçirən İran və Türkiyə vətəndaşlarıdır.

Polis əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında Astara şəhəri ərazisində Mərkəzi bazarın qarşısında İran İslam Respublikasının vətəndaşı Reza Delaemilan və Türkiyə Cümhuriyyətinin vətəndaşı Haydar Yaba saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib. Astara RPŞ-də onların üzərinə keçirilən baxış zamanı hər ikisinin ayaqqabılarının alt hissəsində gizlədilmiş ümimilikdə 1 kiloqram 235 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.