SON XƏBƏRLƏR
18 Iyul 2019
17 Iyul 2019
16 Iyul 2019
Neftçala sakinlərinə şad xəbər
CƏMİYYƏT 16:03 / 11.07.2019

Bu gün Neftçala sakinləri Kür çayının qismən təmizlənmiş suyundan istifadə edirlər.

Oxu.Az-ın məlumatına görə, bunu "Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.

Onun sözlərinə görə, Şirvan-Muğan qrup su kəmərindən Neftçalaya suyun verilməsi planlaşdırılır.

"Layihəni işləyib yekunlaşdırmışıq. Bunun üçün 40 km-ə yaxın magistral su kəməri xəttinin çəkilməsi planlaşdırılır. Layihə yekunlaşdırıldıqdan sonra Neftçala sakinləri bu sudan istifadə edə biləcəklər.

"Layihə təsdiqlənib, işlərə başlanılsa, gələn ilə Neftçala sakinləri sudan istifadə edəcəklər. Bu gün Neftçala sakinləri Kür çayının qismən təmizlənmiş suyundan istifadə edirlər”, - deyə ASC rəsmisi qeyd edib.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.