SON XƏBƏRLƏR
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
11 Oktyabr 2019
Azərbaycan Prezidenti Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb
CƏMİYYƏT 19:55 / 10.07.2019
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 10-da Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - Rusiya Müdafiə nazirinin birinci müavini ilə NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı arasında keçirilən görüşdə iştirak etmək üçün Bakıda səfərdə olan Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və Rusiya Müdafiə nazirinin birinci müavini Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Xezerxeber.az xəbər verir ki, görüşdə beynəlxalq səviyyədə mühüm danışıqların mütəmadi olaraq Bakıda aparılmasının əhəmiyyəti qeyd edilib.

Söhbət zamanı Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə olunub.

Görüşdə hərbi və hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri ilə bağlı məsələlər ətrafında müzakirələr aparılıb.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.