SON XƏBƏRLƏR
18 Iyul 2019
17 Iyul 2019
16 Iyul 2019
İtaliyada Ceyms Bond haqqında yeni film çəkiləcək
DÜNYA 03:40 / 09.07.2019
Bu yay İtaliyanın Apuliya regionunda yerləşən Bari şəhəri yaxınlığındakı Qravina-di-Pulya bölgəsində Ceyms Bondun macəraları haqqında filmin çəkilişlərinə başlanılacaq.

AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, "Ceyn Eyr” və "Əsl dedektiv” filmlərinin rejissoru Keri Fukunaqa avqust və sentyabr aylarında baş rolda məşhur "Agent 007”nin aktyoru Deniel Kreyqin iştirakı ilə hələlik mətbuata adı məlum olmayan filmin çəkilişini həyata keçirəcək. Qravina-di-Pulyanın meri Alessio Valente deyib: "Bu yaxınlarda Sercio Rubini, Matteo Qarrone və Çekko Zalonenin son filmlərinin nümayişindən sonra Ceyms Bond bizim görüşümüzə gələcək və bu misilsiz imkan üçün biz bir neçə ay ərzində çalışmışıq”. Filmin çəkilişində Rami Malek, Naomi Harris, Lea Seydu və Ben Uişou kimi aktyorların yer alacağı bildirilir. Qeyd edilir ki, Deniel Kreyq artıq 5-ci dəfə filmdə Ceyms Bond rolunda çəkiləcək

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.