SON XƏBƏRLƏR
19 Iyul 2019
18 Iyul 2019
17 Iyul 2019
16 Iyul 2019
Hikmət Hacıyev: Azərbaycanda xarici diplomatik nümayəndəliklərin təmsilçilərinin sayı artır
SİYASƏT 19:50 / 05.07.2019

Azərbaycanda xarici diplomatik nümayəndəliklərin təmsilçilərinin sayı artır.

Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının əməkdaşlarının hazırladıqları "Azərbaycan diplomatiyası” adlı elektron resursun təqdimat mərasimi zamanı deyib.

O bildirib ki, Azərbaycanın xarici ölkələrdə diplomatik nümayəndəliklərinin sayı artmaqdadır: "Bu da xarici siyasətimizin coğrafiyasının genişlənməsinin bariz nümunəsidir. Bu gün Azərbaycan diplomatiyası dövlət başçısı tərəfindən qoyulan tapşırıqları qətiyyətlə, əzmlə, sədaqətlə yerinə yetirir. Diplomatlarımız ictimai-siyasi vəziyyəti ağır olan ölkələrdə ölkəmizi layiqincə təmsil edirlər. Sevindirici haldır ki, onların sırasında gənclər, həmçinin qadınların sayı artır. ADA Universitetinin məzunları Xarici İşlər Nazirliyində, Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində çalışırlar".

Tədbirdə, həmçinin məlumat verilib ki, Azərbaycan 183 xarici ölkə ilə diplomatik əlaqələrə malikdir.

Azərbaycanın 59 ölkədə səfirliyi, 9 şəhərdə baş konsulluğu, 17 ölkədə fəxri konsulluğu, 19 beynəlxalq təşkilat yanında nümayəndəliyi fəaliyyətdədir.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.