SON XƏBƏRLƏR
19 Iyul 2019
18 Iyul 2019
17 Iyul 2019
16 Iyul 2019
Putin prezidentliyi başa çatdıqdan sonra nə iş görəcək?
SİYASƏT 17:28 / 04.07.2019

Rusiya Prezidenti Vladimir Putin İtaliyanın "Corriere della Sera” qəzetinə müsahibəsində 2024-cü ildə prezidentlik müddəti başa çatdıqdan sonra hansı işlə məşğul olacağı barədə danışıb.

Rusiya liderinin sözlərinə görə, beş ildən sonrakı planlar barədə danışmaq hələlik tezdir.

V.Putin qeyd edib ki, onu vəzifəsində hələ çox iş gözləyir:

"Hələ beş il gərgin iş görülməlidir. Hazırda dünyada müşahidə etdiyimiz belə sürətli dinamikada proqnoz vermək çətindir”.

Qeyd edək ki, Rusiyada sonuncu prezident seçkiləri 2018-ci il martın 18-də keçirilib. V.Putin səslərin 76,69 faizini toplayaraq qalib gəlib. Bu, onun dördüncü prezidentlik müddətidir, dövlət başçısının səlahiyyətləri 2024-cü ildə başa çatır.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.