SON XƏBƏRLƏR
18 Iyul 2019
17 Iyul 2019
16 Iyul 2019
BDU rektoru: Şirməmməd Hüseynov arzusuna çatdı
CƏMİYYƏT 14:20 / 25.06.2019

Şirməmməd Hüseynov çox arzulayırdı ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini görsün. O, arzusuna çatdı.

Regioninfo.Az-ın məlumatına görə, bunu Bakı Dövlət Universitetin rektoru Elçin Babayev görkəmli alimi və mətbuat tədqiqatçısı Şirməmməd Hüseynovla keçirilən vida mərasimində bildirib.

E.Babayev vurğulayıb ki, Ş.Hüseynov yüzlərlə jurnalistin ustadı olub:

"O, Azərbaycan və azərbaycançılıq ideologiyasının carçılarından biri idi. Azərbaycan dövləti onun zəhmətini hər zaman qiymətləndirib. Şirməmməd müəllim özündən sonra heç bir zaman unudulmayacaq tarixi iz qoydu”.

Qeyd edək ki, Ş.Hüseynovla vida mərasimi saat 13:00-dək davam edəcək. Mərasimdən sonra mərhumun nəşi torpağa tapşırılması üçün İkinci Fəxri xiyabana aparılacaq.

Xatırladaq ki, Ş.Hüseynov iyunun 24-də 95 yaşında vəfat edib.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.