SON XƏBƏRLƏR
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
11 Oktyabr 2019
Fövqəladə hallar nazirinin müavini Türkiyədə səfərdə oldu
CƏMİYYƏT 23:38 / 24.06.2019

Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Ragim Lətifovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada səfərdə olub.

Fövqəladə Hallar NazirliyindənPublika.az-a bildiriblər ki, səfər tikintidə smeta sənədlərinin tərtibində qiymətqoymanın resurs metodunun tətbiqi ilə bağlı qardaş ölkənin təcrübəsini öyrənmək məqsədilə təşkil edilib.

Səfər zamanı Türkiyə Respublikasının Ətraf Mühit və Şəhərsalma Nazirliyinin, nazirliyin nəzdindəki Ali Elm Şurasının, yerli bələdiyyələrin sosial və infrastruktur layihələrinin hazırlanması, maliyyələşdirilməsi və tikinti sahəsində fəaliyyət göstərən İller Bankası Anonim Şirkətinin rəhbərliyi ilə görüşlər keçirilib, səmərəli müzakirələr aparılıb.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.