SON XƏBƏRLƏR
16 Sentyabr 2019
13 Sentyabr 2019
12 Sentyabr 2019
11 Sentyabr 2019
Hərbi məktəblərdə məzun günü keçirilib - VİDEO
HADİSƏ 20:19 / 23.06.2019

Heydər Əliyev adına Ali Hərbi Məktəb növbəti məzunlarını ordu sıralarına yola saldı. Bu münasibətlə ali hərbi məktəbdə buraxılış mərasimi keçirilib. Hərbi təhsillərini başa vuran müdavimlərə diplomları təqdim edilib. Mərasimdə məzunların yaxınları ilə yanaşı, ictimaiyyətin nümayəndələri də iştirak ediblər.

Vətən üçün canlarından keçməyə and içdilər. Heydər Əliyev adına Ali Hərbi Məktəb növbəti məzunlarını ordu sıralarına yola saldı.

4 il davam edən hərb təhsilinin sonunda zabit kimi məzun oldular. Müdavimlər leytenant rütbəsi ilə ali hərbi məktəbə əlvida dedilər.

Təntənəli mərasimdə çıxış edən Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi Nizam Osmanov əlamətdar gün və Silahlı Qüvvələrinin yaradılmasının 101 illiyi münasibətilə gənc zabitləri, onların valideynlərini təbrik etdi. Daha sonra Nizam Osmanov son illər həyata keçirilən kompleks islahatların nəticəsi olaraq, Azərbaycan ordusununistənilən döyüş əmrini yerinə yetirməyə tam hazır olduğunu dedi.

Sonra hərbi məktəbin tədris və intizamda fərqlənən məzunlarına diplom və hədiyyələr təqdim edildi. Məktəb birinciləri adlarını uğur kötüyünə həkk etdilər. Daha sonra isə ali hərbi məktəbin döyüş bayrağının təhvili və qəbulu oldu.

Nümunəvi orkestrin və məzunların ifasında məktəbin marşı ifa edildi. Müdavimlər üçrəngli Azərbaycan bayrağı ilə sonuncu dəfə hərbi marşın sədaları altında məktəb tribunasnın önündən təntənəli keçid etdilər.

© xezerxeber.az
Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.