SON XƏBƏRLƏR
20 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Tramp icazə verdi, İranın bu obyektləri bombalanacaq - Yəhudilər SENSASİON FAKTI AÇDI
DÜNYA 19:46 / 18.06.2019

Vaşinqton İranın nüvə proqramı çərçivəsində fəaliyyət göstərən obyektlərinə taktiki hava bombardmanı təşkil etmək niyyətindədir.

Bu iddia BMT-nin adı açıqlanmayan bəzi qaynaqları tərəfindən səsləndirilib.

Yəhudi dilində fəaliyyət göstərən "Maariv” qəzetinə açıqlama verən mənbələr Ağ Evdə ali səlahiyyətli hərbi komandanlar, Müdafiə Nazirliyinin təmsilçiləri və prezident Donald Trampın məsləhətçiləri arasında cümə günündən etibarən İran mövzusu ilə bağlı müzakirə aparıldığını bildirib.

Xəbərə görə, ABŞ Oman körfəzində tankerlərə hücumdan məsuliyyətli hesab etdiyi İrana taktiki hücum hazırlığındadır. Qeyd olunur ki, ABŞ böyük bir bombardman edəcək, amma bu hücum bəlli bir hədəflə məhdudlaşacaq.

Mənbələrin informasiyasına görə, Donald Tramp İrana hücum etməkdə maraqlı və istəkli deyil. Lakin artıq səbri tükənib və bunun üçün hərəkətə keçmək istəyən dövlət katibi Mayk Pompeoya istədiyi şəraiti yaradacaq./publika.az


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.