SON XƏBƏRLƏR
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
11 Oktyabr 2019
Bazara girib 8 nəfəri güllələdi, 4-ü öldü... - Azərbaycandakı olayın ŞOK TƏFƏRRÜATI - FOTO/VİDEO (YENİLƏNDİ)
CƏMİYYƏT 12:11 / 18.06.2019

Ağstafa rayonunda bazarda odlu silahdan açılan atəş nəticəsində xəsarət alanlardan birinin ayağı amputasiya olunub.

Publika.az-ın "Report"a istinadən verdiyi məlumata görə, hadisə zamanı 1951-ci il təvəllüdlü Nüsrət Məhəmməd oğlu İsayev ayağından güllə yarası alıbmış. Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qeyd edək ki, Ağstafa rayon sakini, 1994-cu il təvəllüdlü Elnur Süleymanovun Ağsatafa rayonunun Böyük Kəsik kəndi ərazisindəki bazarda "Kalaşnikov" markalı avtomat silahdan atəş açması nəticəsində 4 nəfər ölüb, 4 nəfər isə yaralanıb.

Faktla bağlı Ağstafa Rayon Prakurorluğunda araşdırma aparılır.

***

12:24

Bu gün səhər saatlarında Ağstafa rayonunda törədilmiş dəhşətli qətliamda öldürülən şəxslərin adları məlum olub.

Publika.az-ın əldə etdiyi məlumata görə, hadisənin 1994-cü il təvəllüdlü Süleymanov Elnur Ramiz oğlu tərəfindən törədilməsi məlum olub. "Kalaşnikov” avtomatı ilə silahlanmış 25 yalı oğlan bazara gələrək qan davasında olduğu Musayev Şəbiddin Fərrux oğlunu, onun qardaşı Novruzu və anası Şərqiyyəni, həmçinin onların yanında satıcı kimi çalışan Cəlilova Zeynəb Baba qızını güllələyərək öldürüb.

Məlum olub ki, Şəbiddin Musayev və Novruz Musayv 2007-ci ildə digər qardaşları ilə birgə Elnurun atası Ramiz Süleymanovu və əmisini qətlə yetirib. Bir neçə gün əvvəl onlar həbsxanadan çıxıblar. Digər qardaşları isə həbsdə qalıb. İki qardaş bazarda meyvə-tərəvəz satışı ilə məşğul olan analarının yanında işləməyə başlayıblar. Bundan sonra ata və əmisinin qisasını almağı planlaşdıran Elnur məlum cinayəti törədib.

Artıq 4 nəfəri güllələyərək öldürən, daha 4 nəfəri isə yaralayan 25 yaşlı Elnur Süleymanov saxlanılıb.

***

11:15

Ağstafa rayonunda bazarda güllələnmə nəticəsində yaralananların adları məlum olub.

Publika.az-ın "Report"a istinadən verdiyi məlumata görə, bunlar 1964-cü il təvəllüdlü Lilpar Baba oğlu Əhmədov, 1999-cu il təvəllüdlü İbrahim Rasim oğlu Abdullayev, 1951-ci il təvəllüdlü Nüsrət Məhəmməd oğlu İsayev və 1961-ci il təvəllüdlü Rəsul Abbas oğlu Həsənovdur.

Onların əksəriyyəti ayaqlarından güllə yarası alıblar.

***

11:08

Ağstafa rayonunda gülələnmə hadisəsi baş verib.

Hadisə rayonun Böyük Kəsik kəndi ərazisində qeydə alınıb. Belə ki, həbsdən yenicə çıxmış şəxs bazarda atəş açaraq 8 nəfəri gülələləyib. Nəticədə ana və iki övladı, eləcə də orada satıcı işləyən şəxs hadisə yerində ölüb. Yaralılar Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır.

Hadisəyə nəsillər arasında uzun illərdir mövcud olan qan davasının səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.