SON XƏBƏRLƏR
18 Iyul 2019
17 Iyul 2019
16 Iyul 2019
Ərdoğan Putinlə görüşdü - FOTO
SİYASƏT 18:49 / 15.06.2019

Tacikistanın paytaxtı Düşəmbədə Asiyada Əməkdaşlıq və Etibarlılığı Artırıcı Tədbirlər Konfransının (CICA) 5-ci Dövlət və Hökümət Başçıları Zirvəsi keçirilib.

Publika.az xəbər verir ki, zirvədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin də iştirak edib.

Onları Tacikistan prezidenti İmaməli Rəhman qarşılayıb. Liderlər Prezident Sarayında görüşüb. Zirvədən öncə Türkiyə prezidenti rusiyalı həmkarı ilə ayaqüstü söhbət edib. Görüş əsnasında Ərdoğanı Xarici işlər naziri Mövlud Çavuşoğlu, Maliyyə naziri Berat Albayrak və prezidentlə əlaqələr üzrə nümayəndə Fəxrəddin Altun müşayiət edib.

Liderlər İmaməli Rəhmanın 5-ci CİCA zirvəsi iştirakçılarına verəcəyi rəsmi qəbulda toplaşacaq.



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.