SON XƏBƏRLƏR
20 Sentyabr 2019
19 Sentyabr 2019
18 Sentyabr 2019
17 Sentyabr 2019
16 Sentyabr 2019
Azərbaycan və Türkiyə Gürcüstanı birgə hərbi təlimlərə dəvət edib
CƏMİYYƏT 18:09 / 12.06.2019
Azərbaycan və Türkiyə Gürcüstanı birgə hərbi təlimlərə dəvət edir.

Bunu Azərbaycanın Müdafiə naziri Zakir Həsənov Qəbələdə Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Gürcüstanın Müdafiə naziri Levan İzoriya ilə keçirdiyi üçtərəfli görüşdən sonra mətbuata açıqlamasında deyib.

Z.Həsənov bildirib ki, tədbirin əsas mövzularından biri Azərbaycan və Türkiyə arasında baş tutan hərbi təlimlər olub. O, qeyd edib ki, hər iki ölkə bu təlimlərə Gürcüstanı da dəvət edir:

"Bildirmək istəyirəm ki, hərbi əməkdaşlıqda birgə təlimlər xüsusi rol oynayır. İlbəil birgə təlimlərin sayı artır, misal üçün 2018-ci ildə 7 təlim icra olunmuşdursa, 2019-cu ildə 13 təlimin keçirilməsi nəzərdə tutulub. İlin sonuna kimi bu təlimlər icra olunacaq. Mən Türkiyə və Azərbaycan hərbi təlimləri haqqında danışıram. Görüşdə də qeyd olundu ki, biz Gürcüstan tərəfini də bu təlimlərdə müxtəlif formada iştiraka dəvət edirik”. (trend)

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.