SON XƏBƏRLƏR
19 Iyun 2019
18 Iyun 2019
17 Iyun 2019
15 Iyun 2019
14 Iyun 2019
Bakıda Ümumdünya Gömrük Təşkilatının Konfransı və Sərgisi keçirilir - FOTO
CƏMİYYƏT 12:45 / 12.06.2019

Bu gün Bakıda Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları Konfransı və Sərgisi öz işinə başlayıb.

Publika.az xəbər verir ki, tədbir 3 gun davam edəcək.

Tədbirdə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Koreya Gömrük Xidməti İnformasiya və Beynəlxalq Məsələlər İdarəsinin baş direktoru Taeil Kanq və ÜGT-nin baş katibi Kunio Mikuriya istirak edir.

Tədbir Prezident İlham Əliyevin iştirakçılara təbrik məktubunun oxunması ilə açıq elan olunub.

Məktubu Baş nazir Novruz Məmmədov oxuyub.

Dövlət başçısı məktubunda bildirib ki, Azərbaycanın gömrük sistemində şəffaflığın təmin edilməsi, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində bir çox işlər görülüb.

Daha sonra DGK-nin sədri Səfər Mehdiyev çıxış edib. O bildirib ki, bu tədbirin olkəmizdə keçirilməsi Prezident İlham Əliyevin gömruk sistemində həyata keçirdiyi mütərəqqi islahatlar hesabına Azərbaycan gömrüyünün bütün sahələrdə, xüsusilə informasiya texnologiyalarının tətbiqi istiqamətində əldə etdiyi uğuların nəticəsidir.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.