SON XƏBƏRLƏR
20 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Məktəbli qızları tora salıb fahişə kimi satan Cəlalın - FOTOLARI
CƏMİYYƏT 22:03 / 11.06.2019

Bakıda məktəbli qızları fahişəliyə cəlb edən şəxsin barəsində açılan cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

Nərimanov Rayon Polis İdarəsində Mehdiyev Cəlal Əli oğlu barəsində Cinayət Məcəlləsinin 243.1-ci, yəni, gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə maddəsi ilə açılan işin materialları rayon məhkəməsinə göndərilib. İşə hakim Vüsal Qurbanovun sədrliyi ilə baxılacaq.

İstintaq zamanı məlum olub ki, Cəlal Meydiyev qızları sosial şəbəkə vasitəsi ilə ələ alaraq onları fahişəliyə cəlb edib. Iş üzrə 5 qız zərərçəkmiş şəxs qismində tanınıb.

Qeyd edək ki, sosial şəbəkədə azyaşlı qızları aldadaraq, hədə-qorxu gələrək fahişəliyə cəlb edən Bakı sakini Mehdiyev Cəlal Əli oğlu İnsan Alverinə qarşı Baş Mübarizə idarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun instagramda məktəbli qızları tora saldığı üzə çıxıb.(news24.az)



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.