SON XƏBƏRLƏR
20 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Ermənistanın keçmiş nazirlərinə cinayət işi açıldı - Milyonlar talanıb
CƏMİYYƏT 17:52 / 11.06.2019

Ermənistanın keçmiş Maliyyə və Kənd Təsərrüfatı nazirləri Qaqik Xaçatryan və Serqo Karapetyana qarşı rəsmi ittiham irəli sürülüb. Onların adları dövlət subsidiyaları çərçivəsində fermerlərə lüqotlu qiymətlərə gübrələr ayrılması ilə bağlı cinayət işində hallanıb.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

KİV-in yazdığına görə, keçmiş nazirlər Ermənistan dövlətinə milyard dram məbləğində (təxminən iki milyon dollar) zərər vurub. Zərərin böyük hissəsi artıq ödənilib.

Maraqlıdır ki, Xaçatryan Karapetyanın üzərinə düşən ödənişi öz öhdəsinə götürüb.

Bundan əvvəl Ermənistanın Araqatsot vilayətində fermerlərə gübrələrin paylanması zamanı baş verən sui-istifadə halları ilə əlaqədar doqquz cinayət işi açılıb.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.