SON XƏBƏRLƏR
27 Iyun 2019
26 Iyun 2019
25 Iyun 2019
24 Iyun 2019
23 Iyun 2019
22 Iyun 2019
Xəstəxanadakı tükürpədən qətlin təfərrüatı: Qısqanclıq üstündə olub
CƏMİYYƏT 14:22 / 11.06.2019
İyunun 10-da Bakıda xəstəxanada törədilmiş qətlin bəzi təfərrüatı məlum olub.

XəzərXəbər xəbər verir ki, Yasamal rayon Prokurorluğundan Oxu.Az-a verilən məlumata görə, qətlə yetirilmiş 41 yaşlı İbrahimova Xavər Arif qızı Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzində qeydiyyatçı işləyib.

Qeyd edək ki, bazar ertəsi 09:10 radələrində Şərifzadə küçəsində yerləşən adıçəkilən müəssisənin həyətində 38 yaşlı Abşeron rayon sakini İbrahimov Faiq Əliqulu oğlu vətəndaş nikahında olduğu həyat yoldaşı, 41 yaşlı İbrahimova Xavər Arif qızının sinə və boğaz nayihəsinə iki bıçaq xəsarəti yetirib. Qadın aldığı xəsarətlərdən keçinib.

Aparılan cinayət-axtarış tədbirləri nəticəsində həmin şəxs 29-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

İlkin dindirilməsi zamanı saxlanılan şəxs son zamanlar onu qısqandığını etiraf edib. İyunun 10-da əlinə bıçaq alaraq, qadını Elmi Cərrahiyə Mərkəzinin həyətində gözləyib, onu görən kimi hücum edərək, boğazını kəsib.

Fakt üzrə qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb, istintaq davam edir.

Qeyd edək ki, iyunun əvvəlindən bəri Bakıda altı qətl hadisəsi qeydə alınıb.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.