SON XƏBƏRLƏR
12 Noyabr 2019
11 Noyabr 2019
10 Noyabr 2019
09 Noyabr 2019
08 Noyabr 2019
Qısa müddətdə alınması mümkün olacaq sənədlərin siyahısı açıqlanıb
SİYASƏT 10:11 / 30.05.2019

Azərbaycanda müvəqqəti və daimi yaşamaq üçün icazə vərəqələri, müvəqqəti olma müddətinin uzadılması barədə qərar, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin daha qısa zaman ərzində alınması mümkün olacaq.

FaktXəbər-in məlumatına görə, bununla əlaqədar "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklər edilir.

Yeni dəyişikliklərdə həmin sənədlərin verilməsi üçün dövlət rüsumunun dərəcələri də müəyyən edilib.

Qanunun hazırkı variantına görə, müvəqqəti yaşamaq üçün icazə vəsiqələri 20 gün, daimi yaşamaq üçün 60 gün, ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərar 3 gün, Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi 20 gün müddətində verilir.

Qanun layihəsi nisbətən daha artıq miqdarda dövlət rüsumu ödəməklə bu sənədlərin daha qısa müddətdə verilməsi imkanını nəzərdə tutur.

Belə ki, layihədə müvəqqəti yaşamaq üçün icazə vəsiqələrinin 15 və 20 gün, daimi yaşamaq üçün 35, 40 , 50 və 60 gün, ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın 1 və 3 gün, Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin 10, 15 və 20 gün müddətində verilməsi təklif edilir.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.