SON XƏBƏRLƏR
25 Avqust 2019
24 Avqust 2019
23 Avqust 2019
22 Avqust 2019
Bu kafedə pulsuz iftar verilir - Bakıda - VİDEO
ARAŞDIRMA 10:54 / 29.05.2019

Paytaxt kafelərindən birində maraqlı aksiya keçirilir. Ramazan ayı boyunca bütün oruc tutanlar üçün pulsuz iftar verilir.

Xezerxeber.az-ın məlumatına görə, məhəllə kafesinin bir neçə yerinə ''İftar pulsuz''dur yazısı vurulub. Bu yazını görən imkansız şəxslər axşam vaxtı bura gələrək iftarını aça bilir.

Söhbət paytaxtın Binəqədi rayonunda, məcburi köçkünlərin məskunlaşdığı bir məhəllə kafesindən gedir. Kafedə işləyənlər bildirir ki, bu təşəbbüsü yaxınlıqda avtoyuma məntəqəsi işlədən bir nəfər irəli sürüb və iftara gələnlərin pulunu da elə Elnur adlı həmin şəxs verir.

Gün ərzində pulsuz iftardan 10-a yaxın şəxs istifadə edir. Kafe sahibi bildirir ki, iftara gələnlərə xüsusi həvəslə qulluq göstərilir.

Elnur istəyir ki, imkanı olan şəxslər bu ayda imkansızlara yardım etsin, ən azı onların da normal şəkildə qidalanmasına kömək etsin.

İftar süfrəsinə gələnlərə çay və şirniyyat da pulsuz verilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:




Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.