SON XƏBƏRLƏR
19 Avqust 2019
17 Avqust 2019
16 Avqust 2019
15 Avqust 2019
14 Avqust 2019
Polşada bu mahnını oxumaq qadağan edildi - VİDEO
DÜNYA 11:13 / 21.05.2019

Polşada İkinci Dünya müharibəsi zamanı yazılan "Qaranlıq gecə” ("Темная ночь”) mahnısını oxumaq qadağan edilib.

"Qafqazinfo” "Kp.ru”ya istinadən xəbər verir ki, qadağa Qdanskda yerləşən İkinci Dünya Müharibəsi muzeyinin direktoru Karol Navrotski tərəfindən qoyulub.

Bildirilir ki, Navrotski sözügedən mahnını ifa edən musiqiçi Petr Kosevskinin çıxışını yarımçıq kəsib. Muzey direkotoru bu addımını mahnının bolşeviklərlə bağlı olduğu ilə izah edib.

Qeyd edək ki, 1943-cü ildə "İki döyüşçü” filmi üçün yazılan "Qaranlıq gecə” mahnısının sözləri Vladimir Aqatova, musiqisi isə Nikita Boqosklovskiyə aiddir. Mahnı ayrı-ayrı illərdə Müslüm Maqomayev, İosif Kobzon, Sofiya Rotaru, Lüdmila Qurçenko, Dima Bilan və s. müğənnilər tərəfindən ifa edilib.



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.