SON XƏBƏRLƏR
27 Iyun 2019
26 Iyun 2019
25 Iyun 2019
24 Iyun 2019
23 Iyun 2019
22 Iyun 2019
Bu gün Gürcüstanda aralıq seçkiləri keçirilir
DÜNYA 13:03 / 19.05.2019
Mayın 19-da Gürcüstanda parlamentə, yerli şuralara və bəzi rayonların icra hakimiyyəti başçıları vəzifələrinə aralıq və növbədənkənar seçkilər keçirilir.

Gürcüstanın Saqareco, Axmeta, Adigeni, Ozurqeti, Çiatura, Tkibuli, Tsxaltubo və Zestafoni rayonlarının yerli məşvərət orqanlarına deputatlar, Zuqdidi, Çiatura, Xulo və Zestafoni rayonlarına icra başçıları seçiləcək.

Səsvermə yerli vaxtla səhər saat 8:00-da başlayıb. Seçkilər ölkə üzrə 410 seçki məntəqəsində keçiriləcək. Bu məntəqələrdə 402 min 91 seçici qeydiyyata alınıb.

Səsvermənin gedişini 49 yerli təşkilatdan 6139, 7 beynəlxalq təşkilatdan 47 müşahidəçi izləyir.

Eyni zamanda 45 KİV-dən 1917 jurnalist səsvermənin gedişini müşahidə edir.

Məlumat üçün qeyd edək ki, bu gün azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun icra hakimiyyəti başçısı vəzifəsinə də seçkilər keçirilir. Marneuli rayonunda da məntəqələr vaxtında açılıb. Məntəqələr Azərbaycan dilində seçki bülletenləri ilə təmin olunub.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.