SON XƏBƏRLƏR
17 Iyun 2019
15 Iyun 2019
14 Iyun 2019
13 Iyun 2019
Zərərçəkən ailə prezidentə təşşəkür etdi
CƏMİYYƏT 18:40 / 18.05.2019

Xəbər verdiyimiz kimi ötən ilin mayında "Caspian İnternational Hospital"da qeysəriyyə əməliyyatı ilə 3-cü övladını dünyaya gətirən zaman zərəşəkən Gülçin Aslanova və ailəsi prezident və xanımına təşəkkür  edib.

 Beləki, Səbail Rayon Məhkəməsində hakim Mədinə Bağırovanın sədrliyi ilə Bakı şəhər sakini, 33 yaşlı Gülçin Nəsib qızı Aslanovanın həkim-ginekoloq Aytən Səfərovaya qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbi ilə iddiasına baxılıb.

Məhkəmə hesab edib ki, G.Aslanovanın sağlamlığına məhz Aytən Səfərovanın icra etdiyi cərrahiyyə əməliyyatı zamanı ziyan dəyib.

Məhkənin qərarı ilə A.Səfərova iddiaçıya 7 min 108 manat 67 qəpik, eləcə də mənəvi zərər kimi 200 manat ödəməlidir. Ayrıca şikayətçinin Aytən Səfərovanın məsuliyyətə cəlb edilməsi ilə bağlı Səbail Rayon Məhkəməsinə verdiyi digər iddiasına da baxılıb və məhkəmə işin yenidən araşdırılmasına qərar verib.

Ailənin FaktXəbər-ə ünvanladığı təşəkkür məktubunda bildirilir:

"Biz ölkə rəhbərliyinə təşəkkürümüzü bildiririk. Nəhayət ki, bir il ərzində vəkilimiz Xırdalan Şəhər Vəkillər bürosunun müdiri Rüstəmzadə Ayxan ilə birlikdə apardığımız mübarizə öz bəhrəsini verdi. Bizim ölkə rəhbərliyinə müraciətimizin nəticəsi olaraq ginekoloq Aytən Səfərovanın həyat yoldaşıma vurmuş olduğu zərərlə bağlı məsələnin araşdırılması üçün prokurorluq orqanlarında fakt üzrə cinayət işi başlanılmışdır. Bununla bağlı mən və vəkilimiz Rüstəmzadə Ayxan preziden İlham Əliyev cənablarına və birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığımızı bildiririk. İstintaqın gələcəkdə obyektiv və ədalətli aparılacağına səmimi qəlbdən inanırıq. Günahkarın (Aytən Səfərovanın) tezliklə cəzalandırılacağına və ədalətin bərpa olunacağına zərrə qədər şübhəmiz yoxdur. Bu məsələnin ictimailəşdirilməsində yardımçı olan mtbuat orqanlarına təşəkkürümü bildirirəm".


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.