SON XƏBƏRLƏR
25 Avqust 2019
24 Avqust 2019
23 Avqust 2019
22 Avqust 2019
Azərbaycanda VƏHŞƏT: ər 9 aylıq hamilə arvadını bıçaqladı, bətnindəki qız... (YENİLƏNDİ)
HADİSƏ 16:46 / 17.05.2019

Həyat yoldaşı tərəfindən bıçaqlanan Səbinə Atababayeva Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Bu barədə Publika.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

"Atababayeva Səbinə mayın 16-da Fatmayı kəndindən bədənin müxtəlif hissələrinin kəsilmiş deşilməş yatrası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Qadın 9 aylıq hamilə olub. Uşaq bətndə bıçaq xəsarətlərindən dünyasını dəyişib”.

Kliniki Tibbi Mərkəzdən Publika.az-a bildirilib ki, qadın hazırda reanimasiya şöbəsindədir. Onun vəziyyəti ağırdır.

***

Fatmayi qəsəbəsində ər hamilə xanımını bıçaqlayıb, uşaq tələf olub

Abşeron rayonu, Fatmayi qəsəbəsində hamilə qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb.

19 yaşlı Fatmayi qəsəbə sakini Atababayeva Səbinə Ağasəf qızı ağır vəziyyətdə, bədəninin müxtəlif hissələrində çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Cərrahi əməliyyat zamanı müəyyən edilib ki, bıçaq zərbələri daha çox qadının qarnına dəydiyindən, onun bətnindəki qız uşağı tələf olub. Ananın vəziyyəti isə qənaətbəxş qiymətləndirilir.

Məlumata görə, S.Atababayeva valideynlərinin təkidi ilə ərə verilib. Onun hadisə vaxtı 8 aylıq hamilə olduğu bildirilir.

Fakt polis tərəfindən araşdırılır, hadisənin motivi məlum deyil.(Ona)


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.