SON XƏBƏRLƏR
19 Avqust 2019
17 Avqust 2019
16 Avqust 2019
15 Avqust 2019
14 Avqust 2019
Metronun 10 sərnişini Mark Eliyahunun konsertinə bilet qazanacaq
DÜNYA 11:15 / 17.05.2019
"Bakı Metropoliteni” QSC sərnişinlərə dünya şöhrətli bəstəkar və kamança ifaçısı Mark Eliyahu Heydər Əliyev Sarayında konsert proqramına bilet təqdim edir.

QSC-dən Publika.az-a verilən məlumata görə, bunun üçün sərnişinlər qeydiyyatdan keçməlidir.

Sərnişinlər ad, soyad və ata adını, doğum tarixini, telefon və metroda gediş kartının nömrəsini göstərməklə qeydiyyatdan keçə bilər.

Seçim "United Cultures” tərəfindən düzgünlüklə və qərəzsiz aparılacaq.

Məlumatda bildirilir ki, Mark Eliyahunun konsertinə bilet alanlar da qeydiyyatdan keçə bilər.

Bu zaman sərnişinlər biletin nömrəsini xüsusi olaraq ayırılmış qrafada göstərməklə Mark Eliyahunun İstanbuldakı konsertinə bilet qazanmaq şansı əldə edirlər. Bu halda həmin şəxsə təyyarə ilə İstanbula və geri uçmaq, oteldə qalmaq və konsert bileti daxil olan paket təqdim olunacaq.

Layihə çərçivəsində metro sərnişinləri arasından seçiləcək 10 nəfəri Mark Eliyahunun konsertinə bilet əldə edəcək.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.