SON XƏBƏRLƏR
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Qüdrət Həsənquliyevdən İsa Qəmbərə SƏRT SÖZLƏR: "Keşikçidağ"ı Gürcüstana verə bilərik demək.
DÜNYA 11:15 / 16.05.2019
BAXCP-nin mətbuat xidməti İsa Qəmbərin "Keşikçi" monastır kompleksini kimə məxsus olmasını alimlər müəyyən etməlidir” və İlham İsmayılın "biz Gürcüstanla ərazi mübadiləsi çərçivəsində monastırı Gürcüstana verə bilərik” kimi fikirlərinə partiyanın sədri, millət vəkili Qüdrət Həsənquliyevin münasibətini öyrənib.

Publika.az-ın məlumatına görə, BAXCP sədri bildirib ki, hər iki fikir çox zərərli və təslimçilik ruhunda verilən açıqlamalardır: "XXI əsrdə sərhədlərin dəyişdirilməsi qəbuledilməzdir. Eyni əhəmiyyətli torpaqların dəyişdirilməsindən söhbət gedə bilər. Keşikçidağ kompleksi tarixi abidədir. Azərbaycan həmin ərazidə hotellər tikib, turizmi inkişaf etdirib gəlir əldə etməlidir. Əgər tarixdə hansı torpaq hansı xalqa məxsus olub düşüncəsi ilə məsələyə yanaşsaq, bütün Avropada, dünyada dövlətlərin sərhədləri dəyişməli, yeni ərazilər uğrunda qanlı müharibələr başlamalıdır. Bundan başqa həmin kompleks alban abidəsidir. Hətta gürcü abidəsi olsa belə bu heç nəyi dəyişmir. Bu məntiqlə Azərbaycan da gərək 1736- cı ildə Nadir şah tərəfindən Gəncə xanlığından alınıb gürcü xanlığı Kaxetiyaya verilmiş Borçalını tələb etsin. Gürcüstanla bizim aramızda viza rejimi yoxdur. Nə vaxt istəyirlər pulsuz ziyarət etsinlər oranı. Sərhəd rejimini də tam sadələşdirə, yaxud aradan qaldıra bilərik. Halbuki İtalyanlar Milandakı məhşur "Duomo” kilsəsini muzeyə çevirib böyük məbləğdə pul yığmağa başlayıblar. Keşikçidağı bizdən alacaqlarsa xalq olaraq heç vaxt Qarabağı azad edə bilmərik. Deməli, həm də bir millət olaraq hər cür alçaldılmağa da layiqik
Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.