SON XƏBƏRLƏR
21 May 2019
20 May 2019
19 May 2019
Bakı turistlər üçün nə qədər təhlükəlidir? - Özləri cavab verir - VİDEO
CƏMİYYƏT 16:13 / 15.05.2019

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi və bir sıra xarici KİV-lər Bakıda keçiriləcək Avropa Liqasının finalı ərəfəsində Azərbaycanın turistlər üçün təhlükəli ölkə olduğu barədə əsassız və qərəzli bəyanatlarla çıxış ediblər.

Britaniya XİN vətəndaşlarına hətta mayın 29-da keçiriləcək final oyunu ilə əlaqədar terror təhdidi ilə bağlı xəbərdar edib.

Baku TV-nin əməkdaşları paytaxt küçələrində turistlər arasında mövzu ilə bağlı sorğu keçirib, onların Bakıda hansı təhlükələrlə üzləşdiyini soruşub.

Respondentlərin əksəriyyəti Bakıda heç bir təhlükə ilə üzləşmədiklərini, əksinə Azərbaycan paytaxtında çox rahat, azad gəzdiklərini qeyd ediblər.

Avropalı, afrikalı, israilli, rusiyalı qonaqların hər biri Bakının gözəlliyinə heyran olduqlarını, burada heç bir problem ilə üzləşmədiklərini bildiriblər.

Turistlər qonaqpərvər Azərbaycan xalqından tam razı olduqlarını vurğulayıblar, Bakını "nağıllar şəhəri”nə bənzədiblər.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final matçında iki London komandası "Arsenal” və "Çelsi” qarşılaşacaq.



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.