SON XƏBƏRLƏR
22 Iyul 2019
21 Iyul 2019
20 Iyul 2019
19 Iyul 2019
Bakının mərkəzində faciəvi şəkildə ölən 27 yaşlı Firəngizin FOTOLARI - TƏFƏRRÜAT
CƏMİYYƏT 12:49 / 15.05.2019

Dünən Bakı şəhər Nəsimi rayonu ərazisində tibb bacısının facivə şəkildə ölməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, Səməd Vurğun bağının qarşısında "Mercedes” markalı minik avtomobilinin vurub öldürdüyü 1992-ci il təvəllüdlü Nəzərova Firəngiz Eldar qızı "Mediclub” klinikasında 3 ay əvvəl işə başlayıbmış. Belə ki, Səhiyyə Nazirliyi tərəfindən işdən çıxarılan Firəngiz özəl klinikaya müraciət etdikdən sonra həmin xəstəxananın operativ şöbəsində işə qəbul edilib. Hadisə də elə klinikanın yaxınlığında baş verib və 27 yaşlı Firəngizə ilk tibbi yardım işlədiyi klinikada göstərilib. Lakin ağır kəll-beyin travması almış, ayaqları sınmış, digər ağır xəsarətləri olan gənc tibb bacısı xəstəxanaya məxsus təcili yardım maşını ilə Kliniki Tibbi Mərkəzə köçürülüb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, faciəvi hadisədə vəfat edən Nəzərova Firəngiz Eldar qızı bir müddət əvvəl sosial şəbəkələrdə Təcili Tibbi Yardım Xidmətinə məxsus maşınların musiqi sədası altında başına dövr etdiyi xanımdır. Həmin görüntülər Bakının Suraxanı rayonu ərazisində 22 saylı Təcili Yardım Stansiyasıın həyətində lentə alınıb.

Həmin görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra, Səhiyyə Nazirliyi tərəfindən araşdırma aparılıb.

Araşdırmaların nəticəsi olaraq təcili yardım avtomobillərinin sürücüləri və videodakı tibb bacısı işdən çıxarılıblar.

İşdən çıxarılan F. Nəzərova daha sonra "Mediclub”da işə düzəlib.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.