SON XƏBƏRLƏR
20 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Erməni nazirdən BİABIRÇI SƏHV - FOTO
DÜNYA 02:53 / 12.05.2019

Ermənistan daxili işlər naziri Zohrab Mnatsakanyan İkinci Dünya müharibəsi zamanı Sovet ordusunda xidmət edən erməni əsgərləri anmaq məqsədilə şəkil paylaşıb. Həmin şəklin isə nasistlərlə iş birliyində olan Erməni milislərə aid olduğu ortaya çıxıb.

Publika.az xəbər verir ki, nazirin bu paylaşımı qısa zamanda tvitterdə müzakirələrə səbəb olub.

9 May Qələbə Günü münasibətilə paylaşımında nazir Sovetlər Birliyinin Nasist Almaniyaya qarşı qələbə qazandığını bildirib:

"Sovet ordusunun qələbəsində böyük dəstəyi olan vətəndaşlarımı hörmətlə anıram. Onlar - 500 min erməni əsgəri, 60-dan çox general, 4 marşal sovet ordusunda xidmət edib. 300 min itki verdik, 106 nəfər Sovet İttifaqı qəhrəmanı oldu”.

Mnatsakanyanın bu paylaşımına əlavə etdiyi şəkillərdən birinin Sovet ordusuna qarşı müharibə aparan Alman dağ birliyinə qatılan Erməni milisinə aid olduğu məlum olub. Şəklin ön planında Alman zabitləri görünür. Arxa planda isə erməni milislərinin xalq rəqsi etdiyi görünür.

Nazir bu şəkli paylaşandan sonra səhvini anlayıb. Daha sonra bu şəkli silib və başqa foto əlavə edib.

Lakin nazirin bu paylaşımı artıq müzakirə mövzusuna çevrilib.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.