SON XƏBƏRLƏR
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
Şuşada Paşinyanı ŞOKA SALAN ADDIM - Gizlinlər ORTAYA ÇIXDI
DÜNYA 23:51 / 11.05.2019

Ermənistan rəhbərliyi ilə qondarma rejimin nümayəndələri arasında daha bir insident ictimaiyyətə bəlli olub.

Axar.az xəbər verir ki, bu barədə "Qraparak” qəzeti məlumat yayıb.

Məlumata görə, Şuşanın işğalıyla bağlı keçirilən tədbir zamanı qondarma rejimin "təhlükəsizlik şurasının sədri" Vitali Balasanyan jurnalistlərə məsləhət görüb ki, "liftdə danışıqlar aparandan” (Paşinyanı nəzərdə tutur – red.) soruşun görək niyə təmas xəttində atışma artıb:

"Balasanyanın bu ironiyası Ermənistan rəhbərliyinin heç xoşuna gəlməyib. Nəticədə onlar Bako Saakyana Balasanyanı nizama dəvət etməsiylə bağlı xəbərdarlıq ediblər. İrəvanın nümayəndələri əks təqdirdə gələn dəfə danışıqların tamam başqa dildə aparılacağını söyləyiblər.

Paşinyanın əks-inqilab ocağı barədə statusunun yazılmasının səbəblərindən biri budur. Digər səbəb isə onun Şuşada bayram naharı zamanı Qarabağ "rəhbərləri”nin onunla ünsiyyətdən qaçmasını görməsidir. Belə ki, görüş zamanı "keçmiş müdafiə naziri” Levon Mnatsakanyan Paşinyandan qaçaraq, Serj Sərkisyanı daha xoş qarşılamağa üstünlük verib. Sərkisyanı isə bu naharda erməni milyonçu və oliqarx Ruben Ayrapetyan müşayiət edib”.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.