SON XƏBƏRLƏR
12 Noyabr 2019
11 Noyabr 2019
10 Noyabr 2019
09 Noyabr 2019
08 Noyabr 2019
Bakıda faciəvi şəkildə ölən müəlliminin FOTOLARI
HADİSƏ 14:55 / 08.05.2019

Xəzər rayon Binə qəsəbəsi 117 saylı orta məktəbi mayın 7-nə keçən gecə Baku Medical Plaza klinikasında müəllimə Lətafət Şirəliyevanın ölümü ilə bağlı başsağlığı yayıb.

Publika.az xəbər verir ki, məktəbdə ibtidai sinif müəlliməsi kimi çalışmış L.Şirəliyevanın ruhu bir dəqiqəlik sükutla anılıb.

Qeyd edək ki, L.Şirəliyeva 12 illik həsrətdən sonar əməliyyat yolu ilə övlad dünyaya gətirib. Lakin sonradan onun səhhəti ağırlaşıb və yenidən Baku Medical Plazaya yerləşdirilib. Bir müddət xəstəxananın reanimasiya şöbəsində müalicə alan 40 yaşlı təhsil işçisinin həyatını xilas etmək mümkün olmayıb.

Baku Medikal Plaza hadisə ilə bağlı açıqlama yayıb. Qeyd edilib ki, xəstənin öz səhhətinə laqeyd yanaşması ölümlə nəticələnib: "Son günlər mətbuatda haqqında məlumatlar geniş yayılmış Lətafət Şirəliyeva mayın 6-da gecə saatlarında dünyasını dəyişib. 1 gün əvvəl xəstənin ümumi durumu ciddi ağırlaşmış, əməliyyat edilərək ümumi anesteziya altında ona birmomentli fəsadsız traxeostoma açılmışdı. Saat 21:20-də EKQ-də öncə bradikardiya, ardınca asistoliya izlənilib. Dərhal reanimasion tədbirlərə başlanılıb. 10 dəqiqə sonra ritm bərpa olunub. Saat 21:40-da monitorda yenidən asistoliya izlənilib. Dərhal CRP olunub. 22:00-da yenidən ürək ritmi bərpa olunub. Lakin 22:57-də idioventrikulyar ritm, ardınca asistoliya izlənib. Aparılan reanimasion tədbirlərə baxmayaraq, üçüncü dəfə ürək ritmini bərpa etmək mümkün olmayıb. 23:49-da bioloji ölüm təsdiqlənib. Xəstənin ölüm səbəbinin araşdırılması, həkim səhvinin olmadığının təsdiqlənməsi ilə bağlı klinikamız tərəfindən Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə müraciət edilib, faktla bağlı araşdırma aparılır”.

Vəfat edən müəllimənin bəzi fotolarını təqdim edirik.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.