SON XƏBƏRLƏR
21 May 2019
20 May 2019
19 May 2019
Azərbaycan Ordusu Naxçıvandan HƏRƏKƏTƏ KEÇDİ - FOTO
DÜNYA 15:52 / 08.05.2019

Naxçıvan Qarnizonunda tabor, divizion komandirləri və onların müavinləri ilə növbəti təlim-metodiki toplantı keçirilib.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, toplantıya cəlb edilmiş zabitlərin döyüş hazırlığı üzrə nəzəri bilikləri, praktiki vərdişləri, gecə şəraitində sürücülük və atəş bacarıqları yoxlanılıb.

Müxtəlif ixtisaslar üzrə məqbullar götürülən zaman zabitlər yüksək nəticə göstəriblər. Dörd gün davam edən toplantının sonunda tabor, divizion komandirləri və onların müavinlərinə döyüş atışlı tabor taktiki təliminin planlanması, hazırlanması, keçirilməsi, təlim zamanı bölmələrin və atəşin idarə edilməsi metodikası praktiki olaraq göstərilib.

Təlimdə yaranmış əməliyyat şəraitinə əsasən, motoatıcı taborun düşmənlə bilavasitə təmas vəziyyətindən hücuma keçərək şərti düşməni məhv etməsi praktiki yerinə yetirilib. Piyadaların döyüş maşınlarının, top və minaatanların, tank əleyhinə qurğuların, müasir idarəetmə vasitələrinin də cəlb edildiyi təlimdə qarşıya qoyulmuş məqsədə nail olunub.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.