SON XƏBƏRLƏR
20 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Türkiyə və Rusiya görünməmiş olaya İMZA ATACAQ - ABŞ-ı vahiməyə salacaq PLAN
DÜNYA 13:11 / 08.05.2019

"Türkiyə və Rusiyanın S-500 zenit raket kompleksinin istehsalında əməkdaşlıq etməsi görülməmiş olay olacaq”.

Publika.az xəbər verir ki, bunu Rusiya Dünya Silah Ticarəti Analizləri Mərkəzinin rəhbəri, "Natsionalnaya Oborona” dərgisinin baş redaktoru İqor Korotçenko deyib.

Hərbi mütəxəssis Türkiyənin bu layihəyə qətiyyətlə maraq göstərdiyini, Rusiya hərbi texnologiyalarının ABŞ-ın texnologiyalarına nisbətən daha öndə olduğunu bildirib.

"Rusiya hava və raket müdaifə sistemləri sahəsində dünyada lider mövqeyindədir. Türkiyə isə prezident (Rəcəb Tayyib) Ərdoğan şəxsində hərbi potensialını texnoloji məzmunda gücləndirməyə çalışır. Ankara Rusiyanın bu növ silahların istehsalında daha üst səviyyədə yer aldığını bilir. Türkiyənin aviasiya və kosmos sənayesinin inkişafı üçün lazımi texnologiyalara sahib ola bilcəyi Rusiya ilə əməkdaşlığın ona nələr qazandıracağını anlayır”- Korotçenko deyib.

Əməkdaşlığın xüsusiyyətlərini açıqlayan və Türkiyə üçün böyük əhəmiyyətinə toxunan hərbi mütəxəssis bildirib ki, S-500-lərin ixrac üçün nəzərdə tutulan istehsalının Rusiya ilə birlikdə ərsəyə gətirilməsi Türkiyə üçün cəzbedicidir: "Bu məsələdə tək məhdudiyyət Türkiyənin aviasiya və kosmos sənayesinin sahib olduğu imkanlar ola bilər. Lakin bu çətinliklər müvəqqətidir. Moskva Ankaranın müdafiə səneyisini inkişaf etdirmə arzusunu dəstəkləyəcək. İki ölkənin əməkdaşlığı həm silah istehsalında, həm də qarşılıqlı təmaslar baxımından görülməmiş olay olacaq. Hətta okeanın o tayındakı "ortaqların” da fikirlərini qarışdıracaq. Ərdoğan çox əvvəldən özünü müstəqil bir siyasi oyunçu kimi ortaya qoyub. Bu səbəbdən, ABŞ-ın təhdidlərinin özlərinə belə yararı olmaz”.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.