SON XƏBƏRLƏR
12 Noyabr 2019
11 Noyabr 2019
10 Noyabr 2019
09 Noyabr 2019
08 Noyabr 2019
07 Noyabr 2019
PA rəsmisi: Cəza siyasətinin humanistləşdirilməsi tədbirləri 14 minə yaxın şəxsə tətbiq olunub
SİYASƏT 18:07 / 06.05.2019
Prezident İlham Əliyevin məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi ilə bağlı Fərmanı əsasında həyata keçirilən yeniliklərin sahibkarlar və biznes nümayəndələri ilə birgə müzakirəsi mühüm əhəmiyyətə malikdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin sektor müdiri Vüsal İsayev "Azərbaycanda məhkəmə hüquq-islahatları: Azərbaycanda Amerika Ticarət Palatası ilə ictimai müzakirələr” mövzusunda konfransda bildirib.

Prezident Administrasiyasının rəsmisi deyib ki, hazırda ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə mühüm islahatlar həyata keçirilir. O, dövlət başçısının məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi ilə bağlı Fərmanının məqsədinin bu sahədə müsbət dəyişiklikləri daha da sürətləndirmək, onun inkişafına yeni impuls vermək, ədalət mühakiməsi mexanizmlərini təkmilləşdirmək, sahibkarların hüquqlarını daha səmərəli müdafiə etmək olduğunu söyləyib. Vüsal İsayev bu Fərmanla məhkəmə-hüquq sistemində yeni mərhələnin başlandığını və bunun yeni islahatlar dalğasını yaradacağını deyib.

Vüsal İsayev islahatların əsas istiqamətlərinin birinin də cəza siyasətinin humanistləşdirilməsi olduğunu diqqətə çatdırıb. O bildirib ki, Prezident İlham Əliyevin bununla bağlı 2017-ci ildə imzaladığı Fərmanın icrası nəticəsində Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişiklik olunub. Humanistləşdirmə tədbirləri 14 minə yaxın şəxsə tətbiq olunub. Doqquz minə yaxın şəxs istintaq və məhkəmə mərhələsində məsuliyyətdən azad olunub. 1800 şəxs cəzadan azad edilib , onların da 800 nəfərində azadlıqdan məhrumetmə cəzası olub.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.