SON XƏBƏRLƏR
17 Oktyabr 2019
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
Almaniyada vətəndaşlığa dair yeni qanun layihəsinə çoxarvadlılarla əlaqədar dəyişiklik edilib
DÜNYA 09:11 / 06.05.2019
Almaniya vətəndaşlığı haqqında yeni qanun layihəsi birdən çox həyat yoldaşı olan əcnəbilərin vətəndaşlıq almasına qadağanı nəzərdə tutur.

ONA-nın xəbərinə görə, "Welt am Sonntag” qəzeti Almaniya Daxili İşlər və Ədliyyə nazirliklərinə istinadən həmin normanın qanun layihəsindən çıxarıldığını yazıb.

Növbəti mərhələdə sənədə parlamentdə baxılacaq.

Qeyd edək ki, bu normanın qanunda əksini tapması təşəbbüsü ilə Daxili İşlər Nazirliyi irəli sürüb. Ancaq Ədliyyə Nazirliyi bu təşəbbüsü dəstəkləməyib. Bu yöndə tənqidlərə cavab olaraq Ədliyyə Nazirliyi bəyan edib ki, Almaniya Konstitusiyasına əsasən, çoxarvadlı şəxslərə vətəndaşlıq verilməsindən söhbət gedə bilməz. Daxili İşlər Nazirliyi isə qadağanın bu qanun layihəsində olmasa da, başqa bir bir qanun layihəsində əksini tapmasına çalışacaq.

Qeyd edək ki, Almaniyada çoxarvadlılıq qadağandır. Ancaq nadir hallarda çoxarvadlılar aşkarlanır. Digər tərəfdən, digər ölkələrdə belə nikahlar bağlanır və onlar Almaniyaya köçdükdən sonra bu hal davam edir

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.