SON XƏBƏRLƏR
20 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Bakıda lüks avtomobil dəhşətli qəza törətdi - ÖLƏN VAR
HADİSƏ 16:15 / 01.05.2019

Ötən gecə Bakının Nizami rayonunda baş vermiş yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov virtualaz.org-a bildirib ki, ötən gün aprelin 30-da axşam saatlarında Bakının Nizami rayonunda 90 OG 002 dövlət nömrə nişanlı "Range Rover" avtomobili ilə vurulmuş piyadanın vəziyyəti olduqca kritikdir, həyatı təhlükəsi var.

"Dünən gecə saatlarında təcili tibbi yardımla 3 saylı şəhər xəstəxanasına gətirilən yaralının başında zərbədən hematoma yarandığı müəyyən edilib, təcili əməliyyat olunub. Göstərilən tibbi yardımlara baxmayaraq, vəziyyəti olduqca ağır qiymətləndirilir”, - Abubəkirov əlavə edilib.

Hadisə "Neolit” şadlıq sarayının yanında baş verib. Hadisəni törədən sürücü avtomobili saxlamayıb, sürətlə hadisə yerindən uzaqlaşıb. Yaxınlıqdakılar təcili tibbi yardım çağırıblar. Yaralı orta yaşlı kişinin üzərində heç bir sənəd olmadığından hələlik şəxsiyyəti müəyyən edilməyib.

****

11:00

Bakıda dəhşətli yol qəzası baş verib. Bu dəfə də qəzanı lüks avtomobilin sürücüsü törədib.

Aprelin 30-u saat 22 radələrində Nizami rayonu, M.Əliyev küçəsində Mahir Əsədov idarə etdiyi "Range Rover” markalı 90 OG 002 nömrəli avtomobillə şəxsiyyəti məlum olmayan piyadanı vuraraq yolun hərəkət istiqamətinə atıb, eyni yolda hərəkətdə olan Seyhun Məmmədovun idarə etdiyi "Mercedes” markalı 90 GT 562 nömrəli avtomobil isə həmin şəxsin üzərindən keçib və hadisə yerindən qaçıb.

Ağır vəziyyətdə olan piyada 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Qeyd edək ki, sürücü "90 OG 002" dövlət nömrə nişanını "Mercedes" və "Audi" markalı avtomobildə də istifadə edib.

Həmin fotoları təqdim edirik.(Qafqazinfo)


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.