SON XƏBƏRLƏR
17 Oktyabr 2019
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
Nursultan Nazarbayev: etnik münaqişələr güclü dövlətlərin dağılmasına gətirib çıxarır
DÜNYA 09:49 / 30.04.2019
Qazaxıstan ərazisində yaşayan etnik qrupların dillərinin öyrənilməsi vacibdir. Etnik münaqişələr güclü dövlətlərin dağılmasına gətirib çıxarır.

Bu sözləri aprelin 29-da Qazaxıstan Xalqlar Assambleyasının XXVII sessiyasının iclasında çıxış edən ölkənin birinci Prezidenti Nursultan Nazarbayev deyib. Qazaxıstanın dünyada sülhməramlı dövlət kimi tanındığını bildirən N.Nazarbayev ölkənin bütün yaxın və uzaq qonşular arasında etibar qazandığını diqqətə çatdırıb. "Ölkəmiz Dağlıq Qarabağ, Pakistan-Hindistan, İran-Suriya, Rusiya-Türkiyə gərginliklərinin azaldılmasına yardım edib. Rusiya ilə Ukrayna arasındakı münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarıyıq”, - deyə o əlavə edib.

Qeyd edək ki, N.Nazarbayevin sədri olduğu XXVII sessiyanın "Sülh və həmrəylik formulu: sosial birlik və modernləşmə” mövzusunda keçirilən iclasında ölkənin bütün vilayətlərindən etnik mədəniyyət mərkəzlərinin 1500-dən çox nümayəndəsi iştirak edib. (AZƏRTAC)

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.