SON XƏBƏRLƏR
23 Avqust 2019
22 Avqust 2019
21 Avqust 2019
20 Avqust 2019
Mərkəzi Bankdan manatla bağlı VACİB QƏRAR - VİDEO
İQTİSADİYYAT 19:53 / 27.04.2019

Ölkədə devalvasiya gözlənilmir.

Bunu Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, Mərkəzi Bankın İdarə Heyətinin son iclasında uçot dərəcəsinin azaldılması barədə qərar qəbul edilib.

Elman Rüstəmov bildirib ki, yaxın vaxtlarda ölkədə başqa materiallardan olan pullar dövriyyəyə buraxıla bilər. Bununla bağlı ciddi araşdırmalar aparılır. Tədqiqatların nəticəsindən asılı olaraq digər materiallardan hazırlanmış pulların dövriyyəyə buraxılıb-buraxılmaması barədə qərar qəbul ediləcək.

Elman Rüstəmov devalvasiya ehtimalından da danışıb. O, bildirib ki, hazırda devalvasiyanın baş verməsi üçün heç bir əsas yoxdur.

Mərkəzi Bankın sədri həmçinin qeyd edib ki, bu ilin mart ayında 12 aylıq inflyasiya 2,5 faiz təşkil edib. Bu il də inflyasiyanın aşağı olacağı gözlənilir.



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.