SON XƏBƏRLƏR
23 Avqust 2019
22 Avqust 2019
21 Avqust 2019
20 Avqust 2019
Tolik atasının biabır etdiyi Sevda Yəhyayeva haqda GÖRÜN NƏLƏR DEDİ - ŞOK SÖZLƏR
MƏDƏNİYYƏT-ŞOU 14:56 / 25.04.2019

"Kaş şou biznesdə və telekanalda Sevda kimi abırlı və özünə hörmət edən xanımlar çox olaydı. O kişinin kim olduğunu bilmirəm. Mənim anam və Sevdanın anası 5 il əvvəl bir yerdə 14 gün Naftalanda müalicə alıblar. Heç onda bu papaqsız kişi yox idi. Mən Sevda ilə işləmişəm və heç vaxt eşitməmişəm ki, onun atalığı var. Bu nədi?.. Çıxıb tanınmış adamlar şər atır, cavabı da verilmir. Mən şəxsən bu kişini görsəm üzünə tüpürərəm”.

Xəbər veririk ki, bu sözləri prodüser Tarix Əliyev (Tolik) ögey atasının sərt ittihamları ilə üzləşmiş müğənni Sevda Yahyayeva haqqında özünün İnstaqram səhifəsində yazıb. Müğənnini müdafiə edən aparıcı Sevdanın ögey atası olduğunu iddia edən kişi haqqında xoşagəlməz sözlər deyib:

"Sənin kimi ağsaqqal olmaqdansa, olmasın. Sən yaşından, papağından utan. Çıxıb qızın yaşda müğənnini biabır etməyə çalışırsan. Sevda səndən pul alıb? O sənin hesabına ev alıb? Sən bu gün-sabah öləcəksən, amma o hələ gəncdir, həyatını yaşamalıdır”.

Qeyd edək ki, müğənni Sevda Yahyayevanın ögey atası olduğunu iddia edən yaşlı bir kişi "Xəzər TV”də yayımlanan "Səni axtarıram” verilişinə çıxaraq onun haqqında gözlənilməz ittihamlar səsləndirib. O, Sevdanın anasını evində qulluqçu kimi saxladığını iddia edib:

"Sevda anasını əlimdən alıb özünə xidmətçi apardı. Dedi, evdə işləri çatdırmıram, gəl işimi gör. Gedəndə də məni təhqir edib getdi”.

Yaşlı kişi Sevdanın anası ilə qeyri-rəsmi nikahda yaşadığını bildirib.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.