SON XƏBƏRLƏR
21 May 2019
20 May 2019
19 May 2019
O, Ukraynanın yeni prezidentidir: RƏSMİ NƏTİCƏLƏR - YENİLƏNDİ
DÜNYA 10:43 / 23.04.2019

Ukraynada prezidentliyinə namizəd Vladimir Zelenski protokolların 83,76 faizinin hesablanmasından sonra seçkilərdə öndədir.

Bu barədə Ukraynanın Mərkəzi Seçki Komissiyаsı açıqlayıb.

Məlumata görə, Vladimir Zelenski seçkilərdə 73,18 faiz səs toplayıb. Onun rəqibi Petro Poroşenkoya isə seçicilərin 24,48 faizi səs verib.

***

Ukraynada prezident seçkilərində səslərin 18 faizi sayılıb.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, hazırkı nəıticələrə görə, Vladimir Zelenski 73,31, Petro Poroşenko isə 24,35 faiz səs toplayıb.

***

Ukraynanın Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ilk nəticələrini açıqlayıb.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, səslərin 1,47 faizinin sayılmasından sonra Vladimir Zelenskinin 70,82 faiz seçici səsi topladığı açıqlanıb.

Rəsmi məlumatda qeyd edilir ki, hazırkı prezident Petro Poroşenko 26,82 faiz səs toplayıb.

***

Ukrayna prezidenti Poroşenko seçkilərdə məğlubiyyəti etiraf edib.

UNİAN agentliyi xəbər verir ki, o, seçki qərargahında çıxış edərək bildirib ki, "ekzit-poll"un nəticələri opponentinə zəng vurmağa və onu təbrik etməyə əsaslar verir.

"Artıq növbəti ayda prezidentlik postunu tərk edəcəyəm. Ukraynalılar belə qərar verdilər. Mən bu qərarı qəbul edirəm. Lakin onu da vurğulamaq istəyirəm ki, mən siyasəti tərk etmirəm”, - Poroşenko deyib.

Vladimir Zelenski Ukraynada prezident seçkilərinin ikinci turunda qalib gəlir.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu haqda "Milli eksit-poll-2019”un məlumatında deyilir.

"Zelenski 73,2, Poroşenko isə 25,3 faiz səs toplayıb”, - brifinqdə İlka Kuçeriva adına "Demokratik təşəbbüslər” fondunun direktoru İrina Bekeşkina bildirib.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.