SON XƏBƏRLƏR
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
11 Oktyabr 2019
Azərbaycanda DƏHŞƏT: orta məktəb şagirdi kollec tələbəsini qətlə yetirdi
HADİSƏ 10:06 / 23.04.2019

Qazax rayonunun Çaylı kəndində qətl hadisəsi baş verib.

Xəbər veririk ki, 1999-cu il təvəllüdlü Cələddinli Rahil Sübhan oğlu 17 yaşlı Qocayev Məhərrəm Kamran oğlu tərəfindən qətlə yetirilib.

Hadisə borc üstündə baş verib. Qazax Dövlət Sosial İqtisad Kollecinin III kursunda təhsil alan R.Cələddinli Qazax rayon 2 saylı Çaylı kənd orta məktəbinin 11-ci sinif şagirdi M.Qocayeva borc pul verib. R.Cələddinli pulunu geri tələb etdikdə, M.Qocayev pulun bir hissəsini qaytara bilib və bu, tərəflər arasında mübahisəyə səbəb olub.

Nəticədə M.Qocayev bıçaqla R.Cələddinlinin ürək nahiyəsinə bir zərbə vurub. Zərərçəkmiş aldığı xəsarətdən hadisə yerində ölüb. Hadisəni törədən şəxs isə saxlanılıb.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.