SON XƏBƏRLƏR
21 May 2019
20 May 2019
19 May 2019
Bakıda qazıntı zamanı qədim hamam qalıqları tapılıb - VİDEO
ARAŞDIRMA 09:57 / 19.04.2019

Bakıda qazıntı işləri aparılan ərazidə 20-ci əsrin əvvələrinə aid olan hamamın qalıqları tapılıb.

məlumata görə, paytaxtın Yasamal rayonu Mustafa Sübhi küçəsində, "Təzəpir" məscidinin arxasında qazınıtı işləri aparılan zaman qədim hamamın qalıqları aşkarlanıb. Bundan sonra tikintini aparan şirkət tərəfindən qazıntı işləri dayandırılıb.

İşi aparan şirkətin nümayyəndəsi ''Xəzər Xəbərə'' bildirdi ki, ərazidə layihəyə əsasən "Təzəpir" məscidinə əlavə iki minarə, kitabxana və qazanxana binaları tikiləcək. Elə özül qazma işləri aparılan zaman qədim hamamın qalıqları ortaya çıxıb.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov bildirdi ki, məlumat daxil olan kimi qurumun əməkdaşları əraziyə baxış keçiriblər.

Araşdırma zamanı məlum olub ki, həmin tikili tarixi abidə siyahısında olmayıb.

Fariz Hüseynov onu da bildirdi ki, tikinti işləri gedən zaman aşkara çıxan hamamın külxanası olub. Həmin hamamın qalıqlarının aqibətinin isə necə olacağı bilinmir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az 
Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.