SON XƏBƏRLƏR
25 Avqust 2019
24 Avqust 2019
23 Avqust 2019
22 Avqust 2019
Leyla Əliyeva Elinaya şeir həsr etdi
MƏDƏNİYYƏT-ŞOU 17:42 / 14.04.2019

Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyeva intihar edən Bakı mətkəblisi Elina Hacıyevaya şeir yazıb.

"Özünü öldürmə, dayan, eləmə” misraları ilə başlayan şeir gənc yaşda ölümü seçən Elinaya müraciət formasında yazılıb.

Regioninfo.az  Musavat.com-a istinadən həmin şeiri təqdim edir:

Özünü öldürmə... dayan, eləmə!

Özünü öldürmə, lütfən, dostum!

Axı, həyat çox qiymətli hədiyyədir,

Ətrafını eşitmədən, duy hər kəsi!

Mənanı anla, boş sözlərdən uzaq ol,

Onlarda doğrudan pay olsa belə!

Lap insanlar acını, göz yaşını görməsin,

Ruhlarını başqaları ilə bölüşsün.

Lap çox çətin olduğu bilinsə belə!

Doğrunu gör - ən düz danışan odur!

Dilimizin altında gizlətsək belə,

Fikir ildırım kimi çaxacaq onsuz.

Zamanı birdəfəlik məhv edir!

O yanır, amma siz o dumanda anlayın ki

Qiymətli zaman hər kəsə nəsib deyil.

Zamandan qiymətli deyildir heç nə

Onu rüzgarın nəğməsində sev.

Hər şeyi bağışlayacaq.., məhşərə çəkməyəcək!

Sən riyadan uzaq sözlərlə istəsən əgər.

İki dünya arasında itirdiyin ruh

Vəd edilən rahatlığı tapa bilməz!

Özünü öldürmə... saraq yaralarını,

Kədərin dərinliyinə gülək bərabər!

Özünü öldürmə... belə cəsur,

Belə düşüncəsiz addıma gücün varsa!

Qiymətli həyatı yaşamaq üçün

Özündə o gücü tapmağa çalış.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.