SON XƏBƏRLƏR
19 Aprel 2019
18 Aprel 2019
17 Aprel 2019
Ağ Evin qabağında özünü yandırmış kişi həbs edilib
CƏMİYYƏT 03:00 / 14.04.2019
Elektriklə işləyən əlil arabasında Ağ Evin yanına gəlmiş kişi Ağ Evin hasarının yaxınlığında öz gödəkcəsini yandırıb.

ABŞ prezidentlərinin təhlükəsizliyini təmin edən Məxfi Xidmətin nümayəndələri dərhal odu söndürüb, həmin şəxsə ilk yardım göstərib və onu yerli xəstəxanaya göndəriblər.

Amerika KİV-lərində yayılan son məlumata görə, həmin kişi həbs edilib.

Məxfi xidmət bildirib ki, həmin şəxsin aldığı yanıq zədələri həyat üçün təhlükəli deyil. Onun özünü yandırmasının səbəbləri hələ məlum deyil. (AZƏRTAC)

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.