SON XƏBƏRLƏR
19 Aprel 2019
18 Aprel 2019
17 Aprel 2019
İranın kəşfiyyat naziri: ABŞ-ın uğursuz sanksiyaları onun müttəfiqlərini Tehranla danışıqlara sövq edib
CƏMİYYƏT 23:57 / 13.04.2019
"ABŞ administrasiyasının İrana qarşı sanksiya siyasətinin uğursuzluğu rəsmi Vaşinqtonun müttəfiqlərini Tehranla danışıqlara başlamağa məcbur edib".

ONA "Tasnim”ə istinadən xəbər verir ki, bu barədə İranın kəşfiyyat naziri Mahmud Ələvi bildirib.

O, ABŞ-ın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terrorçu təşkilat elan etməsini "ağılsız addım" adlandıraraq vurğulayıb ki, ABŞ-ın SEPAH-a qarşı tədbirləri İran Silahlı Qüvvələrinin birliyini daha da möhkəmləndirib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp SEPAH-ı xarici terror təşkilatı kimi tanıyıb. Buna cavab olaraq İranın Milli Təhlükəsizlik üzrə Ali Şurası ABŞ-ı terrorçuluğun sponsoru, ABŞ Silahlı Qüvvələrini isə terrorçu elan edib.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.