SON XƏBƏRLƏR
27 Iyun 2019
26 Iyun 2019
25 Iyun 2019
24 Iyun 2019
23 Iyun 2019
22 Iyun 2019
Azərbaycanın qadın güləşçisi Avropa çempionu olub
İDMAN 09:14 / 13.04.2019
Azərbaycanın qadın güləşçisi Elis Manolova Rumıniyanın paytaxtı Buxarestdə keçiriləm güləş üzrə Avropa çempionatında qızıl medal qazanıb.

Xəbər veririk ki, çempionatda 65 kiloqram çəki dərəcəsində mübarizə aparan Elis Manolova ilk mərhələdə çətinliklə də olsa, isveçli həmkarına qalib gəlib. Elis dörddəbir finalda alman güləşçini də məyus edərək yarımfinala adlayıb. Bu mərhələdə dünya və Avropa çempionu finlandiyalı Petra Olli ilə qarşılaşan E.Manalova möhtəşəm güləş nümayiş etdirib. Titullu rəqibini "tuşe” ilə məğlub edən idmançımız ötən il Kaspiyskdə keçirilən analoji yarışdakı məğlubiyyətin əvəzini çıxıb və ardıcıl ikinci il qitə çempionatının finalına yüksəlib.

Finalda rumıniyalı rəqibi Krişta Tunde İnçeyə qalib gələn güləşçimiz Avropa çempionu olub.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.