SON XƏBƏRLƏR
20 Sentyabr 2019
19 Sentyabr 2019
18 Sentyabr 2019
17 Sentyabr 2019
16 Sentyabr 2019
Prezidentdən daha bir - GÖSTƏRİŞ
SİYASƏT 18:05 / 11.04.2019

Prezident İlham Əliyevin tapşırığı ilə respublika üzrə məişət zorakılığı hallarının qarşısını almaq üçün monitorinq qrupları yaradılıb.

Məlumata görə, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Onun sözlərinə görə, intihar hallarının baş verməməsi üçün işlər aparılır:

"Bu cür məsələlərdə ehtiyatlı olmaq lazımdır. Burada söhbət uşağın və ailənin hüquqlarından gedir. Onlar haqqında məlumatları respublikaya yaymaq və kiməsə "Siz günahkarsınız”, "Onları tutmaq lazımdır” demək olmaz.

Biz demokratik ölkəyik. Söz azadlığı var. Bu insanlar belə fikirlər yayaraq, həmin hüquqları pozur və düzgün məlumat çatdırmırlar. Hansı səbəblərə görə belə hadisə olub, bununla bağlı maarifləndirmə işləri aparırıq.

Biz çalışırıq ki, intihar halları azalsın. Bu, bizi narahat edən məsələdir. İlham Əliyevin tapşırığı ilə bütün respublikada məişət zorakılığı hallarının qarşısını almaq üçün monitorinq qrupları yaradılıb. Burada hər bir qurumun nümayəndəsi var. Baş verən hər bir hadisə həmin qrupun diqqət mərkəzindədir”.

Hicran Hüseynova qeyd edib ki, baş verən bu cür hadisələrdə tək müəllimlərin yox, valideynlərin də məsuliyyəti var:

"Necə ola bilər ki, uşaqda daxili psixoloji problem olub və səkkizinci sinif şagirdi öz ailəsindən dəstək almayıb?! Hələ ki kimisə günahlandırmaq istəmirəm. İstintaq işi bitəndən sonra daha geniş açıqlama olacaq. Bu məsələ bizi istər məktəblərdə, istərsə də ailədə gələcəkdə belə hallara yol verilməməsi üçün öz köməyimizi göstərməyə cəlb edir”.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.